top of page

Gülnaz Aydın qızı Rzayeva

30 may 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1988-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonu 5 saylı orta məktəbdə təhsil almış və həmin məktəbi Fərqlənmə Attestatı ilə bitirmişdır.

1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış və ali təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur.

2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası”kafedrası üzrə aspiranturaya daxil olmuşdur.

2014-cü ildə 5612.01- “Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti” ixtisası üzrə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yalançı sahibkarlıq cinayətlərinin istintaqının kriminalistik metodikasının bəzi problem məsələləri” mövzusunda dissertasiya işini təqdim etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 may 2015-ci il tarixli qərarı ilə hüqüq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2005-2015-ci illər ərzində: “Kaspi-El” Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas;

“Akkord” Şirkətlər Qrupunda ümumi məsələlər üzrə mütəxəssis;

“Azərbaycan Respublikasında Dəmir Yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” əsasında “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi”nin icrası üzrə konsultasiya və texniki nəzarət fəaliyyətini həyata keçirən KELS konsorsiumun baş hüquqşünası və maliyyə mütəxəssisi vəzifələrində çalışmışdır.

Hal-hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında kriminalistika, məhkəmə ekspertizası, informasiya hüququ, elektron dövlət, informasiya hüququnun beynəlxalq aspektləri və s. tədris fənləri üzrə müəllim vəzifəsində çalışır.

Bir monoqrafiyanın müəllifi, üç dərs vəsaitinin və iki dərsliyin həmmüəllifi, 30-a yaxın elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.

Təhsili, elmi dərəcəsi və elmi adları:

Bakı Dövlət Universitetinin rektoru A.M.Məhərrəmovun 03 iyul 2003-cü il tarixli qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.

Bakı Dövlət Universitetinin rektoru A.M.Məhərrəmovun 29 iyun 2005-ci il tarixli qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.

08 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Auditorlar Palatası (ACCA-in birgə əməkdaşlığı ilə) tərəfindən Mühasibat Uçotu üzrə (Beynəlxalq əsaslar) Milli Sertifikatla (C0411070) təltif olunmuşdur.

23 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Auditorlar Palatası (ACCA-in birgə əməkdaşlığı ilə) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplomla (D1211062) təltif olunmuşdur.

2014-cü ildə “Yalançı sahibkarlıq cinayətlərinin istintaqının kriminalistik metodikasının bəzi problem məsələləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 may 2015-ci il tarixli qərarı ilə hüqüq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Kitablar və elektron resurslar:

  1. İbtidai araşdırmada alibinin müəyyən edilməsinin prosessual və taktiki xüsusiyyətləri. Bakı: Adiloğlu, 2008, 160 s. (İ.S.Abbasova ilə həmmüəllifliklə).

  2. Kriminalistika fənnindən mühazirələr üzrə slaydlar (Kriminalistikanın nəzəri və metodoloji əsasları, Kriminalistik texnika, Kriminalistik taktika və kriminalistik metodika üzrə - İ.S.Abbasova ilə həmmüəllifliklə), 2015-2016.

  3. Yalançı sahibkarlıq cinayətlərinin istintaqının taktiki-metodiki xüsusiyyətləri. Bakı: Təknur, 2015, 204 s.

  4. Dindirmə zamanı parakriminalistikanın imkanlarından istifadənin prosessual və taktiki xüsusiyyətləri. Dərs vəsaiti. Bakı: Təknur, 2016, 208 s. (İ.S.Abbasova ilə həmmüəllifliklə).

  5. Məhkəmə ekspertizası. Dərslik. Azərbaycan Respublikası Təhsil nazirinin 16.10.2018-ci il tarixli F-708 saylı əmri ilə nəşr hüququ verilmişdir. Bakı: Hüquq Yayın evi, 2018, 368 səh. (h.ü.e.d., prof. F.M.Cavadov, h.ü.e.d. K.N.Səlimov, h.ü.f.d. H.Ə.Musayev, h.ü.f.d. İ.S.Abbasova, h.ü.e.d. M.H.Mustafayev, h.ü.f.d. B.M.Əsgərov ilə həmmüəllifliklə).

  6. İnformasiya hüququ. Dərslik. Bakı Dövlət Universiteti tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli R-107 saylı əmrlə dərslik kimi təsdiq edilmişdir. Bakı: Nurlar, 2019, 448 səh. (Ə.İ.Əliyev, A.N.İbrahimova, B.A.Məhərrəmov, Ş.S.Məmmədrzalı ilə həmmüəllifliklə).

  7. İF-M10666-“İnformasiya cəmiyyəti, hüquq və insan hüquqları” tədris fənninin magistr təhsil pilləsi üçün proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 26 dekabr 2016-cı il tarixli R-116 saylı əmri ilə təsdiq edilmişdir. // Bakı, 2016, “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrası, 23 səh. (h.ü.e.d., prof.Ə.İ.Əliyev ilə həmmüəllifliklə).

  8. İPFS-B05-“İnformasiya hüququ” tədris fənninin bakalavr təhsil pilləsi üçün proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 22 noyabr 2017-ci il tarixli R-143 saylı əmri ilə təsdiq edilmişdir. // Bakı, 2017, “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrası, 30 səh.  (h.ü.e.d., prof.Ə.İ.Əliyev və h.ü.f.d.A.N.İbrahimova ilə həmmüəllifliklə).

  9. İF-M10656- “Elektron dövlət” tədris fənninin magistr təhsil pilləsi üçün proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 09 aprel 2018-ci il tarixli R-34 saylı əmri ilə təsdiq edilmişdir. // Bakı, 2018, “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrası, 24 səh. (h.ü.e.d., prof.Ə.İ.Əliyev ilə həmmüəllifliklə).

Elmi əsərləri:

  1. Khojaly genocide is our bloody history. // Pedaqoji aləm, 2004, No. 1(9), s. 69.

  2. Cinayət tərkibi, cinayət hüquq norması, cinayət qanununun maddəsi və onların nisbəti. // Hüquqi dövlət və qanun, 2004, № 6, s. 29-32.

  3. Yetkinlik yaşına çatmayanların dindirilməsi zamanı taktiki üsulların tətbiqi xüsusiyyətləri. // Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi Məqalələr Məcmuəsi, 10-ci buraxılış, Bakı, 2004, s.451-455.

  4. Yalançı sahibkarlıq cinayətlərinin istintaqı və qarşısının alınması sahəsində yaranan bəzi təcrübi və hüquqi problemlər haqqında. // Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi Məqalələr Məcmuəsi, 2006, 16-cı buraxılış, s.324-325.

  5. Yalançı sahibkarlıq cinayətlərinin kriminalistik xarakteristikasının quruluş elementlərinin qarşılıqlı şəkildə təhlili. // Elmi əsərlər. Elmi-nəzəri jurnal, 2007, No. 2-3(9),  s.289-294.

  6. Yalançı sahibkarlıq cinayətlərinin istintaqının kriminalistik metodikasının bəzi problem məsələləri. // ”Hüquq elminin aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, 2007, Bakı, s. 216-218.

  7. Yalançı sahibkarlıq cinayətlərinin ibtidai araşdırmasının əməliyyat-axtarış təminatı. // Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi Məqalələr Məcmuəsi, 2008, 20-ci buraxılış, s.278-282.

  8. Cinayətin cinayət-hüquqi xarakteristikasının metodik əhəmiyyəti. // Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri, 2010, No.52, s.159-165.

  9. Понятие и структура методики доследственной проверки по делам о лжепредпринимательстве. // Бизнес в законе, 2012, №3, s.74-79.

  10. Структура криминалистической методики расследования отдельных видов преступлений”. // Оперативник (сыщик), (31) апрель 2012, №2, c. 40-44.

  11. Особенности допроса отдельных лиц при расследовании лжепредпринимательства. // Правовые проблемы противодействия преступлениям и иным правонарушениям. Материалы Международной научно-практической конференции 26 апреля 2013 года, Сургут, c.175-179.

  12. Особенности допроса отдельных лиц при расследовании лжепредпринимательства. // Бизнес в законе, 2013, №3, c.52-59.

  13. Yalançı sahibkarlıq cinayətlərinin latentliyini şərtləndirən nəzəri və təcrübi problemlər haqqında // Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2013, № 2, s. 89-93.

  14. Yalançı sahibkarlıq cinayətlərinin ibtidai araşdırılması zamanı istintaqın planlaşdırılmasının xüsusiyyətləri. // Elmi əsərlər, Beynəlxalq elmi-nəzəri jurnal, 2013, No. 1(20), s. 170-176.

  15. Cinayət mühakimə icraatında məhkəmə ekspertizasının təyin edilməsinin xüsusiyyətləri. // Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, 2015, II cild, s. 148-152.

  16. Сотрудничество Азербайджанской Республики с международными организациями в обеспечении социальных функций государства. // Актуальная наука. Международный научный журнал, 2017, № 3, с. 51-58. (həmmüəllifliklə)

  17. Cinayət təqibi zamanı xüsusi biliklərin tətbiqinin hüquqi əsasları. // Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri. IV Beynəlxalq elmi-praktik konfrans, 2017, s. 203-212.

  18. Информационное общество и глобализация: Тенденции развития информационного общества и правовые реформы в Азербайджанской Республике. // Юридическая наука и практика: Поиск правовой гармонии. Сборник материалов конференции «Актуальная юриспруденция», 2017, с. 65-68. (həmmüəllifliklə)

  19. Constitutional reforms on information and media rights in Azerbaijan. //South Caucasus Law Journal, Constitutional Reforms in South Caucasian Countries, 08/2017, p. 187-194. (həmmüəllifliklə)

  20. İnformasiya qanunvericiliyinin inkişafının və sistemləşdirilməsinin konseptual əsasları. // Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, 2017, I cild, s. 13-18. (həmmüəllifliklə)

  21. İnformasiya sahəsində beynəlxalq və milli hüquqi tənzimetmənin müqayisəli təhlili. // İnformasiya Cəmiyyəti Problemləri jurnalı, 2018, №1, s. 48-56. (həmmüəllifliklə)

  22. Основные тенденции развития информационной сферы: отрасль публичного, или частного права? // Mатериалы VIII Международной научно-практической конференции. Том 1, 2018, Киев, стр.117-121. (həmmüəllifliklə)

  23. İnformasiya hüququnun inkişaf istiqamətləri: Ümumi yoxsa xüsusi hüquq sahəsi? // Professor M.N.Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilmiş “Azərbaycanda hüquq elminin müasir inkişaf istiqamətləri və tendensiyaları” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfransın Materialları. 2018, Bakı, s. 201-204.

  24. İqtisadi hüquqların realizəsi mexanizmlərinin təkmilləşdirilməsi qlobal informasiya cəmiyyətinin inkişafı kontekstində. // BDU Hüquq fakültəsinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının Beynəlxalq cəmiyyətə inteqrasiyası  və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktik konfrans.  s.26-34. (həmmüəllifliklə)

  25. Yaxşı idarəetmə demokratiyanın əsas təminat vasitəsi kimi. // Polis Akademiyasının Elmi xəbərləri. Bakı, 2018, № 1-2. s. 76-83. (həmmüəllifliklə)

  26. Информационное общество и тенденции его развития. // Актуальная наука: Международный научный журнал. Волгоград, 2019, № 1 (18). s. 69-75. (həmmüəllifliklə)

  27. Sifarişli qətllərin kriminalistik xarakteristikasının elementləri arasında qarşılıqlı əlaqənin kriminalistik əhəmiyyəti. // Qanun, № 01 (291), 2019, s. 54-61. (həmmüəllifliklə)

  28. Понятие информации, ее социальная, правовая природа и специфические особенности. // Fundacja „Ośrodek Rozwoju Kompetencji Akademickich” AREA NAUKI, Kwartalne międzynarodowe czasopismo naukowe, LUBLIN 2019, s.4-16. (həmmüəllifliklə)

  29. İnformation and media rights in the information society: social and legal analysis. // XIV International Scientific and Practical Conference Social and Economic Aspects of Education in Modern Society. // Vol.1, June 25, 2019, Warsaw, p. 41-49. (həmmüəllifliklə)

bottom of page